Küçədə yaşayan 17 yaşlı Kamal dispanserə yerləşdirildi - AÇIQLAMA + VİDEO

SOSİAL
16:31 26.09.2019
6998
Dünən AZXEBER.COM informasiya portalında yayımlanan "17 yaşlı Kamal küçədə yaşayır, qarajların üstündə yatıb-durur - VİDEO" xəbərindən sonra tədbir görülüb.
 
Bu haqda saytımıza 147 saylı MKİS-in rəisi Ruhin Orucov məlumat verib.
 
Onun dediyinə görə, Kamal polisin və səhiyyə nazirliyinin əməkdaşlarının iştirakı ilə Maştağada yerləşən 1 saylı Ruhi Dispanserə yerləşdirilib.
 
"Sabunçu rayon icra hakimiyyəti tərəfindən tədbir görüldü. Həm saytınızda yayımlanan xəbərdən, həm də sakinlərin müraciətindən sonra Kamal dispanserə aparılıb və hazırda ora yerləşdirilib". 
 

OXŞAR XƏBƏRLƏR