Küçənin ortasında qadının başı kəsildi

DÜNYA
11:34 16.01.2015
2228
Səudiyyə Ərəbistanında qadının başı kəsilib. 
Edam edilən Laila Bin Abdul Muttalib Basim adlı qadın 7 yaşlı ögey qızınına işgəncə verməkdə və onu öldürməkdə ittiham edilib.
Myama əsilli qadını 4 polis yerlə sürüyərək küçənin düz ortasına gətiriblər. Burada qadın "mən öldürmədim" deyə qışqırıb. Amma cəllad onun dediklərinə fikir belə vermədən başını bədənindən ayırıb.
Məlumata görə, bu il Ərəbistanda 9 nəfər edam edilib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada edamın "təhlükəsizliyin qorunması" üçün edildiyi qeyd edilib.
Qadınla rəftar insan haqları müdafiəçilərini ayağa qaldırıb. Çoxları onun edamı barədə heç nə deməsə də, sürünməsini tənqid ediblər.
///anspress
OXŞAR XƏBƏRLƏR