32 yaşlı amerikalı Hanna Raynhart evində saxladığı küçüyün onu dişləməsindən sonra əllərini və ayaqlarını itirib.
Küçük nadir xəstəlik sayılan dərinin dərin qatlarının iltihabı bakteriyasının daşıyıcısı imiş.Raynhartın qolları və ayaqları amputasiya olunub.ABŞ-ın Corciya ştatındakı Kamminq şəhərinin sakini Hanna son illərdə onurğa beyninin transplantasiyası ilə bağlı iki çox ağır əməliyyat keçirmişdi.İndisə həkimlər onun qollarını və ayaqlarını kəsiblər."Sığınacaqdan evə balaca küçüyü gətirdik. Onu çox sevirdik. Lakin bilməzdik ki, bu küçük həyatımızı cəhənnəmə döndərəcək", - Hannanın əri Mark Raynhart deyib.Hanna 18 yaşda olanda həkimlər onda beyin xərçəngi aşkarlayıblar. Son 14 ildə ağır kimya terapiyası keçirdiyinə görə Hannanın immun sistemi xeyli zəifləmişdi.Günlərin birində Mark evdə arvadının bərk qışqırdığını eşidib. Küçük Hannanı dişləmişdi və qadının əlindən qan axırdı."Bir neçə gün sonra Hannada qızdırma başlandı. Təcili yardım çağırdım, onu xəstəxanaya apardılar", - Mark deyir.Həkimlərin dediklərinə görə, qadının ağır vəziyyətə düşməsinin səbəbi küçüyün ağız seliyindəki "Capnocytophaga" virusu olub. Bu virus Hannada çox nadir xəstəlik olan nekrotik fassit yaradıb.Nekrotik fassit dərialtı hüceyrələri zədələyir.İyulun 3-də isə qan dövranındakı ağır problemlər Hannanı koma vəziyyətinə salmışdı.İki gün sonra onun qolları və ayaqları keyiyib. İnfeksiya bütün orqanizmə yayılmağa başlamışdı.Cərrahlar naçar qalaraq Hannanın ayaqlarını və qollarını, habelə bədəndəki ölü toxumaları kəsib götürüblər.Həkimlərin dediklərinə görə, Hananın orqanizmində bakteriya qala biləcəyindən o, həyatının sonunadək nəzarət altında olmalı, müayinə edilməlidir.
//milli.az