Hər gün yüzlərlə adam Siyəzən rayonunda, Beşbarmaq dağının yamacında yerləşən «Xıdır Zində piri»ni ziyarətə gəlir.
Yüksəklikdəki pirə pilləkənlə – qayaarası yolla çıxırlar. Son illərdə bu qayalardan yıxılıb ölənlər olsa da, hələ də azyaşlı uşaqlar, ixtiyar qadınlar piri ziyarət edib nəzir verirlər. Ziyarətçilər dağın ətəyində – bir qayanın üstündə kiçik daşları üst-üstə qoyaraq dilək tuturlar. Daşlar dağılmırsa, demək, onların arzuları reallaşır. Kimi ev almaq, kimi xəstə övladlarına şəfa diləmək üçün pirə üz tutur. Fotolar Cahangir Yusifə məxsusdur. (Azadlıq Radiosu)



















