FHN-dən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

FHN-dən çimərliyə gedənlərə XƏBƏRDARLIQ
SOSİAL
10:50 06.08.2026
422
Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, gün ərzində küləkli hava şəraitinin davam edəcəyi nəzərə alınaraq, vətəndaşlara küləkli havada dənizə girməyin həyati təhlükə yaratdığı bir daha xatırladılıb.

FHN əhalini çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, xilasedicilərin xəbərdarlıq və göstərişlərini nəzərə almağa çağırıb.

Nazirlik vurğulayıb ki, təhlükəsizlik qaydalarına biganə yanaşmaq insan həyatı üçün ciddi risk yaradır.

Qeyd edilib ki, təhlükə ilə qarşılaşdıqda vətəndaşlar dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.
OXŞAR XƏBƏRLƏR