Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO - VİDEO

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO - VİDEO
KRİMİNAL
15:44 09.03.2021
827
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Zeynalov saxlanılıb.

DİN-dən verilən məlumata görə, onun üzərinə baxış zamanı 47 qram qurudulmuş marixuana, 36 qram heroin, 30 qram psixotrop maddə metamfetamin, 10 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Arif Zeynalovun Xətai rayonunda yaşadığı evdən əlavə 4 kiloqram 700 qram heroin, 1 kiloqrama yaxın metamfetamin, 980 qram marixuana, 193 qram tiryək, 940 qram həşiş qətranı, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi 24000 ABŞ dolları aşkar edilib. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Fuad Ziyadov saxlanılıb. Onun üzərinə baxış zamanı 72 qram, Sabunçu rayonunda yaşadığı məzildən isə əlavə 4 kiloqram 54 qram heroin, 1 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri və 3 ədəd plastik kart aşkar edilib. Fuad Ziyadov ifadəsində narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu və əldə etdiyi pul vəsaitlərini həmin plastik kartlarda topladığını bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Aydan Həsənəlizadə saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 50 qrama yaxın heroin, 10 qram metamfetamin, paytaxtın Nizami rayonuda yaşadığı evdən isə 1 kiloqram 395 qram heroin, 2 kiloqram 140 qram metamfetamin, 549 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart aşkar edilib.

Aydan Həsənəlizadə ifadəsində külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.

Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Firdovsi Abdullayev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 28 qram, Səbail rayonunda yaşadığı mənzildən isə 470 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı