Təhsil sahəsində uğurlara imza atan “Bilik” Tədris Mərkəzi Türkiyə Cümhuriyyətinin sayılıb seçilən Universitetlərindən olan Kültür Universiteti ilə əlaqələri daha da genişləndirir. Bununla bağlı Kültür Universitetinin nümayəndələri Bilik Tədris Mərkəzində olublar.
Tədris Mərkəzinin mətubat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “ Bilik “ Tədris Mərkəzində görüşdə olan Kültür Universitetinin nümayəndələri ilə ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda Azərbaycanlı tələbələrin güzəştli şərtlər əsasında Kültür Universitetində təhsil almaları ilə bağlı bir sıra danışıqlar aparılmışdır.
Daha sonra qonaqlara “Bilik“ Tədris Mərkəzinin tədris prosesi ilə bağlı ətraflı məlumat verilmiş, gələcəkdə həyata keçiriləcək layihələrdən danışılmışdır.
Qeyd :
“Bilikdə” sınaqların tarixi:
25 mart
22 aprel
20 may
ÜNVAN : Bakı şəh., Nobel prosp., “AMAY”ın 2-ci mərtəbəsi,
(012) 598-83-49 , (077) 250-01-25 Sumqayıt şəh., 34-cü məhəllə, (018) 654- 05-82, (012) 448 04 04, (055) 200-93-16