Kürdəmirdə 13 yaşlı oğlan güllələndi

Kürdəmirdə 13 yaşlı oğlan güllələndi
Bütün Xəbərlər
12:44 25.10.2011
1513
Oktyabrın 24-də Kürdəmir rayonu ərazisində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən 
verilən məlumata görə, Bakı şəhər, Nizami rayon sakini, 1988-ci il təvəllüdlü Söhbətov Vüsal Xaliq oğlu Bei kəndinə qohumlarının evinə qonaq gedib. Burada o, tüfənglə Kür çayının sahilinə ova çıxıb.Ov zamanı 23 yaşlı V.Söhbətov şikar əvəzinə 1998-ci il təvəllüdlü Abbasov Rəhman Əfqan oğlunu vurub. Yeniyetmə ayağından güllə yarası alıb və rayon xəstəxanasına yerləşdirilib.Faktla əlaqədar araşdırma aparılır.
//lent.az
OXŞAR XƏBƏRLƏR