Kürdəmirdə ağır yol qəzası

Kürdəmirdə ağır yol qəzası
Bütün Xəbərlər
12:01 11.07.2014
506
Ölən və yaralananlar var.
Kürdəmirdə ağır yol qəzası baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 170-ci kilometrliyində Kürdəmir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW” və “Hyundai Sonata” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.
Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR