Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - Video

Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - Video
SOSİAL
23:41 30.09.2026
156
Bu şəxslər ötən ilin sentyabrında Kürdəmirin Xırdapay kəndində "AZƏRİ KARTON" MMC-də 500 manat əməkhaqqı müqabilində 1 illik müddətə işə başlayıblar.

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, iddialarına görə, iyun ayından onlara əməkhaqqı verilməsi dayandırılıb. Sentyabrdan isə onlara xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib.

Şikayətçilər onlara məsələnin həlli bağlı hər hansı bir vədin verilmədiyini deyirlər.

Hətta iş zamanı əlindən xəsarət alan şikayətçi ona dəyən zərərin də şirkət tərəfindən qarşılanmadığını iddia edir.

Məsələ ilə əlaqədar "AZƏRİ KARTON" MMC ilə əlaqə saxlamağa çalışdıq. Telefona cavab verən şəxs orada işdən çıxıdğını, zavodun da bağlandığını bildirdi. Kürdəmirin Xırdapay kəndində yerləşən zavodda da olduq. Mühfizəçi bildirdi ki, ərazidə heç kəs yoxdur, bir aydan çoxdur zavod fəaliyyətini dayandırıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

OXŞAR XƏBƏRLƏR