Kürdəmirdə itən qızlar, Bakıda tapıldı

Kürdəmirdə itən qızlar, Bakıda tapıldı
Bütün Xəbərlər
23:50 15.02.2012
3174
Azərbaycanda itkin düşmüş məktəbli qızlardan ikisi tapılıb. Bu barədə APA-ya Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Bakıya ezam olunub. Həyata keçirilən tədbirlər nəticəsində ilk olaraq qızların Bakıda görüşdüyü Qismət adlı şəxs saxlanılıb. Onun köməkliyi ilə qızlardan ikisi – Tünzalə Şirəliyeva və əkiz bacılardan biri Bakının Səbail rayonu ərazisində, “Xalça” muzeyinin yaxınlığında saxlanılıb. Əkiz bacılardan digərinin də yeri artıq müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İlkin araşdırmalar nəticəsində məlum olub ki, məktəbli qızlar internet vasitəsi ilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə onlar Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları yuxarıda adı çəkilən Qismət adlı şəxs qarşılayıb. Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qızlarda olan mobil telefonla onların Bakıya çatan zaman kimə zəng etdikləri müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR