Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu

Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
SOSİAL
23:30 30.09.2026
153
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR