Kürdəmirdəki dəhşətli qəzadan ilk görüntülər - VİDEO

SOSİAL
16:11 03.05.2023
1524

Xəbər verdiyimiz kimi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 4 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.

AZXEBER.COM qəza yerindən görüntüləri təqdim edir:


OXŞAR XƏBƏRLƏR