‘Kurtlar Vadisi Pusu’ izləyicilərinə bəd xəbər

DÜNYA
00:52 11.12.2014
4180

Türkiyənin fenomen serialı "Kurtlar Vadisi Pusu" bu həftə yayımlanmayacaq.

Bu həftə baş rolda Necati Şaşmazın yer aldığı serialın 240-cı bölüm anonsu yayımlanmamışdı. Məhz bu səbəbdən serialın növbəti bölümünün bu həftə olmayacağı ilə bağlı söz-söhbətlər ortaya çıxmışdı. 

"Kurtlar Vadisi Pusu" əvəzində isə sabah yarışma proqramı yayımlanacaq. Serialın yeni bölümü gələn həftə saat 20:00-da ekrana çıxacaq.

Qeyd edək ki, bir müddət öncə də serialın yayımlanmasında fasilə yaranmışdı. Belə ki, Necati Şaşmazın film çəkilişləri zamanı avtomobillə qəza keçirməsi və xəsarət alması filmin çəkilişində gecikməyə səbəb olmuşdu.(anspress)

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR