"Kurtlar Vadisi"nin məşhur malikanəsi fantastik qiymətə satılır - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi fantastik qiymətə satılır - FOTOLAR
DÜNYA
11:26 26.03.2026
496
İstanbul Boğazında yerləşən və "Kurtlar Vadisi" serialı ilə yaddaşlara həkk olunan Abud Əfəndi yalısı satışı ilə gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, tarixi malikanənin 15,23%-lik payı 170 milyon TL qiymətinə satışa çıxarılıb.

Üsküdarın Kandilli sahilində yerləşən və Boğazın mavi suları ilə əhatə olunmuş bu tarixi tikili dron vasitəsilə havadan görüntülənib.
 
Özünəməxsus memarlığı ilə seçilən bina 1835-1855-ci illər arasında Osmanlı saray memarlığının nümayəndələrindən biri olan Qarabet Balyan tərəfindən inşa edilib. 


İki mərtəbəli taxta strukturu, ağ fasadı və qırmızı kirəmitli damı ilə diqqət çəkən yalı Boğazın ən seçkin mülklərindən biri hesab olunur.

Malikanə 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınaraq 1981-ci ilə qədər Abud ailəsinin iqamətgahı kimi istifadə edilib.

Təxminən 1500 kvadratmetrlik ərazidə yerləşən binanın 540 kvadratmetr ümumi istifadə sahəsi var. Binanın alt mərtəbəsində iki ayrı qayıq dayanacağı, üst mərtəbəsində isə geniş salon və otaqlar yerləşir.

Dron görüntülərində yalının geniş sahil platforması və simmetrik pəncərə düzümü aydın görünür. Həmçinin binanın yanındakı yardımçı tikililər və arxa baxçadakı yaşıl zona da tarixi abidənin əzəmətini tamamlayır.
Abud Əfəndi malikanəsi xüsusilə "Kurtlar Vadisi" serialındakı səhnələrlə geniş kütlə tərəfindən tanınıb. Serialda güc və hakimiyyəti simvolizə edən "Konsey" iclaslarının keçirildiyi bu məkan illər ərzində televiziya tarixinin ən ikonik yerlərindən birinə çevrilib.

Hissələrinin satışa çıxarılması ilə yenidən diqqət mərkəzinə düşən mülkün həm tarixi əhəmiyyəti, həm də populyar mədəniyyətdəki yeri onun investisiya dəyərini daha da artırır.

Mütəxəssislər Boğaz xəttindəki bu növ tarixi tikililərin qiymətinin hər keçən gün artdığını vurğulayırlar.
 
Musavat.com

 

 

 

 



 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uzun kirpiklər gözəl görünə bilər, amma... – Xəbərdarlıq
15:21 16.09.2026
Uzun kirpiklər gözəl görünə bilər, amma... – Xəbərdarlıq
Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı
15:04 16.09.2026
Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı
Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”
15:01 16.09.2026
Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”
Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”
14:39 16.09.2026
Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
14:38 16.09.2026
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
"Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib"
14:30 16.09.2026
"Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib"
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
14:27 16.09.2026
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI
14:20 16.09.2026
ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI
“Gəncəsər və Xudavəng kimi abidələr..." - Deputat
14:19 16.09.2026
“Gəncəsər və Xudavəng kimi abidələr..." - Deputat
Qarabağın Alban irsi - Səssiz qalan abidələr, Qafqaz Babilistanı və tarixi həqiqətlər
13:59 16.09.2026
Qarabağın Alban irsi - Səssiz qalan abidələr, Qafqaz Babilistanı və tarixi həqiqətlər
Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?
13:50 16.09.2026
Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?
“Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi
13:45 16.09.2026
“Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi
Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı
13:40 16.09.2026
Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
13:28 16.09.2026
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı
13:11 16.09.2026
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
12:58 16.09.2026
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik