“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edildi

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edildi
MEDİA
15:32 16.12.2014
1448
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir: “Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.
Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.
Layihənin müzakirəsi mübahisələrə səbəb olub.
Deputat İqbal Ağazadə dəyişikliklərə ehtiyac olmadığını bildirib: “Çünki dəyişikliklərin heç biri fundamental deyil. Azərbaycanda kifayət qədər omonim söz var, o mənada oxşar adlardan istifadə edilərək yeni media orqanı yardıla bilər”. Deputat KİV-in istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı müddəanı da doğru saymayıb.
Deputat Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: “Özlərini “mücahid” kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi ilə bağlı maddəsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi də birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın”.
Deputat Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: “Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbul olunmazdır ki, ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanla bağlı ölçü götürülməsini niyə istəməməliyəm?”
Deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: “Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?”
Spiker Oqtay Əsədov deyib ki, o da “lal deputatlar”ın siyahısına baxıb: “Çox mənasız siyahı idi. Ordakıların əksəriyyəti beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvüdür. Parlamentin xaricdə də fəaliyyəti var”.
Vitse-spiker Bahar Muradova deyib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: “Mən də çox istərdim ki, Azərbaycan haqqında dünyada gedən yaxşı məlumatlarla yanaşı, mənfi məlumatlarla bağlı da Azərbaycanın maraqları təmin olunsun”.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ