Küveytdəki səfirliyimizdə Şuşayla bağlı tədbir keçirildi - FOTOLAR

Küveytdəki səfirliyimizdə Şuşayla bağlı tədbir keçirildi - FOTOLAR
Bütün Xəbərlər
01:56 08.05.2012
1238

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilmişdir. Belə ki, bu tədbirlər çərçivəsində 07 may 2012-ci il tarixində Səfirliyimiz və həmyerlilərimizin və əcnəbilərin təsis etdikləri “Vətənsevər” diaspora cəmiyyəti tərəfindən səfirliyin akt zalında anım mərasimi keçirilmişdir.

Səfirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həmyerlilərimizlə yanaşı Küveytin bir sıra ictimai xadimlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan səfir cənab T.Rzayev 20 il bundan əvvəl ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət, erməni yaraqlıları ilə aparılan döyüşlər, vətən torpağı uğrunda şəhid olan oğul və qızlarımızın mətanətli mübarizəsi, bölgədə mövcud olan SSRİ silahlı qüvvələrinin mərkəzdən təlimatlı ermənipərəst mövqeyi haqqında, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə söhbət açaraq Şuşanın tarixi, füsunkar təbiəti, milli və dünya mədəniyyətinə verdiyi töhfələrdən habelə Şuşanı işğalçı erməni silahlı qüvvələri tərəfindən orada törədilən vəhşiliklərdən, günahsız insanlarımızın qətlə yetirilməsindən, mədəni tarixi abidələrimizin məscidlərimizin vandalizm aktına məruz qalmasını və bu işğalın iyirmi ildən artıq davam etməkdə olmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Səfirliyin müşaviri C.Musayev Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Vətənsevər” cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək cəmiyyətin üzvlərini Küveytdəki qohumları, dostları, qonşuları, iş yerlərindəki həmkarları arasında fəal məlumatlandırma işini apararaq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, ədalətli mövqeyini izah etməyə çağırdı.

Tədbirdə Şuşaya həsr olunmuş film nümayiş etdirildi.

07 may 2012-ci il tarixində Küveytin nüfuzlu və çoxtirajlı qəzetlərindən olan “Əl-Vasat” qəzetində küveytli müəllif Abdullah Əl-Raşidin Şuşanın İşğalı ilə əlaqədar məqaləsi dərc edilmişdir. Məqalədə Şuşa şəhərinin tarixindən, ecazkar təbiətindən bəhs edərək, bu şəhərin Azərbaycanın mədəniyyət ocağı olmasına xüsusi diqqət yetirmişdir. Həmçinin dünya miqyaslı musiqiçilər bəxş etməsindən söz açan A.Əl-Raşid bu gözəl diyarın iyirmi ildən artıq vaxt keçməsinə baxmayaraq hələdə erməni silahlı qüvvələrinin işğalında qalmasını acı təəssüf hissi ilə vurğulamışdır.

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli MəclisininMüraciəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Küveyt Dövlətinin Parlamenti, Xarici İşlər Nazirliyi, və Əmirin Administrasiyasına çatdırılmışdır.

Həmçinin qeyd etmək lazımdır ki, 08 may 2012-ci il tarixində Əl-Küveyt şəhərində yerləşən şair Məhəmməd Əhməd Əl-Saqqaf adına orta məktəbdə Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş sərgi-tədbir keçiriləcək, sərgidə Şuşaya aid fotolar, videoçarxlar və s nümayiş etdiriləcəkdir. Dağlıq Qarabağ xüsusilə də Şuşa şəhəri haqqında məktəblilərə və ziyarətçilərə geniş məlumat veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama