Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
AZXEBER.COM xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutur.
Azərbaycan çempionu "Sabah” bu raundda səpələnməmişlər səbətində yer alıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırsa, "Vardar” (Şimali Makedoniya) – "Kups” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun Bakıda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.











































