Laçından olan qaçqınların aksiya keçirməsi xəbəri yalan çıxdı – RƏSMİ CAVAB

Laçından olan qaçqınların aksiya keçirməsi xəbəri yalan çıxdı – RƏSMİ CAVAB
Bütün Xəbərlər
11:10 07.03.2012
1098

“Ağcabədi rayonunda ötən gün Laçın rayonundan olan məcburi köçkünlərin aksiya keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil”.

Bunu AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər: “Biz bunu qətiyyətlə təkzib edirik. Belə bir hadisə olmayıb. Bu barədə yayılan məlumatlar müəyyən təxribatçı qüvvələr tərəfindən məqsədyönlü şəkildə dövriyyəyə buraxılan dezinformasiyadan başqa bir şey deyil”.

Laçın rayon İcra Hakimiyyətindən isə bildirlib ki, bir neçə nəfərin narazılığı bütün laçınlıların adına yazıla bilməz: “Bu məlumatı kim ötürübsə, böyük yalnışlığa yol verib. Orada heç bir aksiya olmayıb. İnanmayan gəlsin camaatdan soruşsun”.

OXŞAR XƏBƏRLƏR