Ladyradio ilk uğurunu qazandı

GƏNCLİK
12:56 16.03.2011
2247

Mərasimdə eyni zamanda media və digər sahələrdə fərqlənən qadınlar nominasiya üzrə xüsusi mükafata layiq  görüldülər. "Mətbuat" firmasının təşəbbüsü ilə baş tutan tədbirdə həyatımıza xüsusi zövq qatan, mülayim, zəhmətkeş və bacarıqlı xanımlara bir-birindən fərqli hədiyyələr tədqim edildi. Sədaqət Rəşidqızı və Zabir Əliyevin təqdimatında xanımlarımıza yüksək ovqat, unudulmaz təntənə bəxş edən aparıcılarla birlikdə mügənnilər - Rəhim Rəhimli, Leyla Ramazanova, Elnur, Ramal və digərləri tədbirə rəngarənglik qatdılar. Bu il öz işgüzarlığı ilə fərqlənən xanımlar sırasında www.ladyradio.az saytının təsisçisi İlhamə Novruzova da "İlin İşgüzar xanımı" mükafatına  layiq  görüldü.

Qeyd edək ki, artıq 5-ci ildir ki, xanımları diqqət  mərkəzində tutan "İLİN İŞGÜZAR XANIMI" Müstəqil Mükafatının informasiya dəstəyi www.ladyradio.az saytıdı. Radionun əsas məqsədi qadınları maraqlandıran mövzuları əhatə edərək onları maarifləndirmək, əyləndirmək və məlumatlandırmaqdır. Radio ilə paralel bu ünvanda portal da yer alır. Bütün xanımları bu ünvanda toplaşmağa dəvət edirik. Peşman olmayacağınıza əminik./// ladyradio.az

OXŞAR XƏBƏRLƏR