İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gedən yola asfalt örtük çəkilir. Bakı-Qəbələ magistiral yolundan Lahıc qəsəbəsinədək olan 19 kilometrlik dağ yolunun 10 kilometr hissəsi artıq əsaslı təmir edilərək asfaltlaşdırılıb. İşlər “Azəryolservis” ASC-nin 73 saylı Yol İstismar Müəssisəsi tərəfindən yəhata keçirilir.Yolun keçəcəyi Girdiman çayı üzərində müasir standartlara cavab verən rahat körpü də tikilib.Lahıc yolundan, habelə İsmayıllının 20-dək yaşayış məntəqəsinin sakinləri istifadə edir. Bu yol bölgənin iqtisadiyyatı üçün də xüsusi əhəmiyyətə malikdir. Odur ki, yolun layihədə nəzərdə tutulmuş müddətdə və keyfiyyətlə təmiri xüsusi diqqət mərkəzindədir.