Lalə Məmmədovadan eksklüziv anons - VİDEO

Lalə Məmmədovadan eksklüziv anons - VİDEO
MAQAZİN
12:10 03.06.2026
160
Əməkdar artist Lalə Məmmədova sosial şəbəkə hesabında "Tezliklə" başlıqlı paylaşımı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, sənətçi "Həsrətinlə Yaşamaq" adlı yeni mahnısını təqdim etməyə hazırlaşır.
 
Sözügedən mahnının musiqisi Xalq artisti bəstəkar Aygün Səmədzadəyə, sözləri isə Aysel Xanlarqızına məxsusdur.
 
Layihənin aranjimanı Taleh Ağayevə, səslənməsi isə Bəxtiyar Həsənova aiddir.

Qeyd edək ki, ifaçı bu mahnını ilk dəfə mayın 25-də Gəncə Dövlət Filarmoniyasında baş tutan Xalq artisti Aygün Səmədzadənin müəllif konsertində ifa edib.

"Həsrətinlə Yaşamaq" mahnısının yaxın günlərdə rəqəmsal platformalarda yayımlanması gözlənilir.
 
 
Aysel

OXŞAR XƏBƏRLƏR