Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağın – ADI

Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağın – ADI
Bütün Xəbərlər
11:59 04.02.2015
2084
Generalın sözçüsü Lamiyədən yazıb...
Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham olunaraq azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanda dünyaya gətirdiyi uşağın adı açıqlanıb.
AZXEBER.COM  xəbər verir ki, bu barədə  Penitensiar Xidmətin rəisi General-leytenant Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə Lamiyə Quliyeva övladına öz atasının adını verib.
“20-dən artıq jurnalist mənə eyni sualla müraciət edir: “Məhkum Lamiyə Quliyeva uşağına hansı adı qoyub? Sualın olduqca aktual, vacib olduğunu, jurnalistikanın inkişafına töhfə gətirə biləcəyini nəzərə alaraq körpənin adını açıqlayıram: Lamiyə xanım övladına öz atasının adını verib – SAHİB”.
OXŞAR XƏBƏRLƏR