“Landmark Baku” oteli hərraca çıxarılıb

“Landmark Baku” oteli hərraca çıxarılıb
Bütün Xəbərlər
11:44 30.01.2014
1228

Yaxın Şərqin ən böyük əmlak şirkəti Bakı şəhərinin mərkəzində yerləşən tanınmış “Landmark Baku” otelinin satışı ilə məşğul olur.

Gün.Az yaxın şərq biznes-portalı AMEinfoya istinadən xəbər verir ki, satışı gerçəkləşdirən “Basar Group” şirkəti daşınmaz əmlakın satışı üzrə əməliyyatları həyata keçirən ən iri şirkətdir.

Hazırda o, alıcılara daşınmaz əmlak üzrə təklifləri dünyanın istənilən yerində, Nyu-Yorkdan Bakıya qədər irəli sürmək imkanına malikdir.Məlumatda qeyd olunduğu kimi, şirkət müştərilərinə (bu əsasən Yaxın Şərq biznesmenləridir) Bakıda 115 nömrədən ibarət 5 ulduzlu oteli almağı təklif edir. Kompleksə “A” sinfinə aid 2 ofis binası daxildir. Onlar 135 milyon dollar məbləğində qiymətləndirilir. Məlumatda həm də qeyd olunur ki, alıcının istəyindən asılı olaraq binaların ayrılıqda satışı gerçəkləşdirilə bilər.Lakin AMEinfo portalında təklif olunan 135 milyon dolların hər üç bina üçün, yoxsa binalardan hər biri üçün qoyulan məbləğ olduğu dəqiqləşdirilməyib.Otelin ümumi sahəsi 61000 kv.m-dir. Hal-hazırda obyektdən gələn xalis gəlir onun kapitallaşmasının 15-20 faizini təşkil edir” - portaldakı informasiyada həmçinin Azərbaycanın iqtisadi uğurlarından bəhs olunur, iqtisadi inkişafın 8 faizə yüksəldiyi qeyd olunur.“Dinamik inkişafda olan bazarda öz mövqeyini təsdiq etmək istəyən otellər silsiləsi üçün kompleks uğurlu tapıntı ola bilər. Burada ofisləri kirayəyə götürən şirkətlər” Fortune siyahısına daxil olan şirkətlərdir. Bu şəhər Xəzər sahilindəki Dubay adlandırılır” – onlayn nəşrdə qeyd olunub.Rəhbərlik olmadığından “Landmark Baku” otelində Gün.Az müxbirləri bu hadisə ilə bağlı heç bir məlumat əldə edə bilməyib.

OXŞAR XƏBƏRLƏR