AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar hər iki məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əvvəl Rubio ABŞ-nin Kuba ilə münasibətləri sülh yolu ilə tənzimləməyə üstünlük verdiyini, lakin bunun çətin olduğunu bildirib. O, həmçinin Kuba hakimiyyətini Vaşinqtonun rəqibi olan ölkələrin kəşfiyyat nümayəndələrinə öz ərazisini verməkdə ittiham edib.
Lavrov isə Rusiyanın Kubaya, o cümlədən humanitar sahədə dəstək verməyə davam edəcəyini açıqlayıb.











































