Layihə çərçivəsində Sumqayıtda növbəti tədbir keçirilib

GƏNCLİK
15:42 01.06.2015
1944
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Sumqayıt şəhərinin 4 №li tam orta məktəbin 10-cu sinfində keçirilib.
Tədbirdə layihə rəhbəri Rauf Fərzəliyev, Gənclər Fondunun əməkdaşı Jalə Məmmədova, ekspert Anar Həsənli, məktəbin hərbi hazırlıq müəllimi, mayor Firudin Nəsirov və tarix müəlliməsi Jalə Hidayətova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rauf Fərzəliyev layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Bu yaxınlarda 28 may – Respublika günü qeyd olunacağından danışan layihə rəhbəri Azərbaycan Xalq Cьmhuriyyətinin gərgin və mьrəkkəb ictimai-siyasi єəraitdə cəmi 23 ay fəaliyyət gцstərdiyini qeyd edib.
R. Fərzəliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycanın məsuliyyətini uzun illər öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Layihə rəhbəri bildirib ki, Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək Heydər Əliyev Fondu yaradılmışdır. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bundan başqa Heydər Əliyev Mərkəzi də fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Sonra Fondun əməkdaşı Jalə Məmmədovaya söz verilib. Jalə Məmmədova vətənpərvərlik hissinin məhz məktəbdən yarandığını və təbliğ olunduğunu deyib və şagirdlərə bu mövzuda daha məsuliyyətli olmağı tövsiyə edib. Gənclər Fonduna bu mövzuda layihələrin təqdim edilməsini təqdirəlayiq hal hesab edib. Jalə Məmmədova əməkdaşı olduğu Fondun gənclərə və onların ictimai sektorda fəaliyyətinə dəstəyindən danışıb. Fond tərəfindən gənclər üçün yaradılan imkanlardan istifadə edərək həyata keçirilən layihələr haqqında məlumat verib.
Daha sonra söz məktəbin hərbi hazırlıq müəllimi, mayor Firudin Nəsirova verilib. Firudin Nəsirov şagirdlərə Vətənə sevgidən, Vətən yolunda mübarizədən danışıb. Azərbaycan ordusunun bu günkü qüdrətindən danışan mayor F. Nəsirov gələcəyin əsgərləri olan oğlanlara müraciət edərək tövsiyələrini verib. F. Nəsirov şagirdlərə dərslərində müvəffəqiyyətlər qazanmağın bu gün onların öhdəsinə düşən əsas vəzifə olduğunu bildirərək onlara uğurlar arzulayıb.
Məktəbin tarix müəlliməsi Jalə Hidayətova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. J. Hidayətova yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. Şagirdləri bu mövzulara qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Dövlətimizin siyasi və iqtisadi uğurlarından danışan J. Hidayətova bu gün kiçik dövlət olan Azərbaycanın əldə etdiyi böyük uğurların altında cənab prezident İlham Əliyevin imzası olduğunu deyib.
Sonra çıxış üçün söz ekspert Anar Həsənliyə verilib. A. Həsənli Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb.
Sonra natiq Azərbaycan ordusundan danışıb. Ekspert Azərbaycan ordusunun bugünkü inkişafından, orduya ayrılan diqqət və qayğıdan, Azərbaycan ordusunun işğal altında olan torpaqların geri qaytarmağa malik qüdrətli ordu olmasından bəhs edib.
Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından danışan ekspert bu oyunların məhz Azərbaycanda keçirilməsinin respublikamızın böyük uğuru olmasını deyib. Respublikamızın qısa vaxtda “Bakı 2015” üçün bütün hazırlıqları tamamlamaq üzrə olduğunu deyən ekspert, bunu dövlətimizin inkişafı, qüdrəti və quruculuğu ilə əlaqələndirib.
Bu gün Azərbaycanda idmana ayrılan diqqət və qayğının gənclərimizin vətənpərvərlik hissinin artırılmasına, sağlam və hazırlıqlı inkişaflarına yönəlməsindən danışan natiq, məhz Bakıda keçiriləcək ilk Avropa Oyunlarının dünyada Azərbaycanın təmsilində oynayacağı rolunu da xüsusi vurğulayıb.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.

OXŞAR XƏBƏRLƏR