Öldürülən fenomenin sevgilisinin də meyiti tapıldı

MARAQLI
13:54 28.10.2021
609
Öldürülən tanınmış "youtuber" Gabby Petitonun nişanlısı da ölü tapılıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, çəkdiyi treyler videoları ilə məşhurlaşan 22 yaşlı Gabby Petitionun nişanlısının da öldüyü məlum olub.

Petitonun qətlinin səbəbi hələ bilinməsə də şübhəli olaraq axtarılan nişanlısı Brian Laundrinin sümükləri və kəllə sümüyü bir parkda tapılıb.
 
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.
 
Qeyd edək ki, Petito keçən ilin iyul ayında nişanlısı Brian Laundri ilə səyahətə çıxıb. Çütlük gəzdikləri yerləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Bir aydan çox itkin düşən Brian Laundrinin cəsədi diş qeydlərindən istifadə edilərək müəyyən edilib.
 
Onların ölümü ilə bağlı araşdırmalar davam edir.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR