"Legiya" Mahir Emrelinin transferini açıqlamağa hazırlaşır

"Legiya" Mahir Emrelinin transferini açıqlamağa hazırlaşır
İDMAN
16:29 09.05.2021
608
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" (Varşava) klubuna keçidi həll olunub.

AZXEBER.COM "portowefakty.pl" saytına istinadən xəbər verir ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib.

İddiaya görə, Varşava təmsilçisi transferi yaxın vaxtlarda açıqlayacaq. 24 yaşlı hücumçunun paytaxt klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

OXŞAR XƏBƏRLƏR