AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, musiqi məktəbi təkcə Ləki qəsəbəsinə deyil, ətraf 12 kəndə də xidmət göstərir. Hazırda burada yüzdən artıq şagird təhsil alır.
Valideynlər bildirirlər ki, məktəb bağlanacağı təqdirdə uşaqların rayon mərkəzinə gedib-gəlməsi həm maddi baxımdan əlavə yük yaradacaq, həm də onların təhsil prosesində davamlı iştirakı baxımından ciddi çətinliklərə səbəb olacaq.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə müraciət etdik, lakin sorğumuza cavab verilmədi.











































