Lənkəran Dövlət Universitetində rüşvət yığımı yenidən başladı– MƏKTUB

Lənkəran Dövlət Universitetində rüşvət yığımı yenidən başladı–  MƏKTUB
Bütün Xəbərlər
14:04 04.07.2013
3566

Bir müddət bundan öncə Lənkəran Dövlət Universitetinin bir qrup tələbəsinin bu ali təhsil ocağında baş alıb gedən rüşvət yığımı ilə bağlı mətbuata müraciət yollaması haqqında xəbər dərc etmişdik. 

(Əvvəlki yazı ilə buradan tanış ola bilərsiniz:Lənkəran Dövlət Universitetində analoqu olmayan rüşvət yığımı )

AZXEBER.COM-un məlumatına görə, həmin məlumatda universitetin prorektoru Qorxmaz Ağayevin rüşvət aldığı zaman çəkilən videosunun ardından, universitetdə bir müddət sakitliyin olduğu bildirilmişdi. Ancaq daha sonra yenidən rüşvət yığımının başladığı qeyd edilmişdi.

Sözügedən universitetdə prorektorun həbsindən sonra çox az bir zaman keçməsinə bamayaraq, yenidən universitet al-ver məkanına çevrilib.

Universitet rəhbərliyi isə, mətbuatda dərc olunan xəbərlərin dezinformasiya olduğunu inandırmaq üçün bir qrup tələbənin adından elektron ünvalara müraciətlər göndərməyə davam edir. Həmin müraciətlərdə universtetin adına xələl gətirmək üçün bəzi mətbuat orqanlarının yalan informasiya yaymaqda günahlandırılır.

Məsələylə bağlı AZXEBER.COM-un elektron ünvanına sözügedən universitet haqqında yeni informasiya daxil olub. Adını anonim saxlayan şəxs göndərdiyi məktubda universitetdə hazırda baş alıb gedən şıdırığı pul yğımı haqqında ətraflı məlumat verib:

“Lənkəran Dövlət Universitetinin müəllimi Sənan Əzizovun pul yığmasıyla bağlı xəbərlər yayılıb. Lakin mən universitetin tələbəsi kimi bilirəm ki, bu yanlış məlumatdır. Sənan Əzizovun imtahanında kafedra müdiri Balayar Şahbazov pul yığıb. Daha sonra internetdə yayılan xəbərlərdən qorxuya düşdüyü üçün öz fənninin imtahanında pul yığmaqdan qorxdu. Bundan başqa, Əsəd Nuruyev imtahandan əvvəl tələbələri imtahandan kəsməklə hədələyərək pul alıb. Müəllim Məmmədhüseyn Hüseynov isə Dövlət imtahanı üçün hər tələbədən 300 manat yığıb.”

Məktubdan da belə aydın olur ki, Lənkaran Dövlət Universitetində baş verənlər əslində insana bir təhsil ocağını deyil, daha çox “poliqon”u xatırladır.

Burada “təhsil alan” tələbələrin gələcəyi isə sözün əsl mənasında sual altındadır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi