Rayonlar arasında avtomobillərin gediş-gəlişində məhdudiyyət yaranıb Bu gün saat 17.00 radələrində Lənkəran-Lerik şose yolunun Lənkəran rayonunun Şovu kəndindən keçən hissəsi dağılaraq yaxınlıdakı çaya tökülüb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətovun sözlərinə görə, nəticədə iki fərdi yaşayış evini su basıb, eləcə də Lənkəran-Lerik şosesi bağlanıb. O. Şərbətov yaranmış vəziyyətlə bağlı Lənkəran ŞİH-nin və müvafiq qurumların rəhbərlərinin məlumatlandırıldığını, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda kömək gözlədiklərini bildirib.