Lənkəran xəstəxanasında ölən körpənin ailəsi: “4 il idi uşağımız olmurdu”

Lənkəran xəstəxanasında ölən körpənin ailəsi: “4 il idi uşağımız olmurdu”
SOSİAL
15:56 05.07.2016
5369
Xəbər verdiyimiz kimi, Azərbaycanda xəstəxanada daha bir uşaq ölümü faktı qeydə alınıb.
Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib. Xəstəxananın Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: “Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub”.
Körpənin ailə üzvləri məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Əlinin anası Səbinə Rəhimovanın sözlərinə görə, övladının heç bir xəstəliyi olmayıb: “Həkimlər yalan deyir, uşaq sağlam idi. Evdə olanda uşaq udquna bilmədi, tez apardıq xəstəxanaya. Xəstəxanada baxdılar ki, nəfəs çatışmazlığı var. Tez süni nəfəs aparatına qoşdular. Nəfəs aparatı qoyulan kimi uşaqda göyərmə baş oldu. Az sonra həkim gəldi ki, uşaq ölüb”.
Körpənin adının çəkilməsini istəməyən bibisinin sözlərinə görə, Əli Rəhimov 4 il müalicədən sonra dünyaya gəlib: “4 il qardaşım yollarda qaldı, o ölkədən çıxıb, bu ölkəyə getdi, bu ölkədən o ölkəyə, zülmlə bu uşaq dünyaya gəldi. Həkim yalan deyir. Necə ola bilər ki, Əli həkimin dediyi bu boyda xəstəlikləri daşısın, amma biz onu bilə-bilə həkimə aparmayaq? Belə şey olmayıb”.
Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"