Bu gün keçirlən prezident seçkiləri bir sıra maraqlı məqamlarla da yadda qalıb.
Yaşı 100 keçən seçicilərimiz də olub, 60 il əvvəl geydiyi gəlinlik paltarında səs verən də .Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Vilvan kənd sakini, 82 yaşlı nənə Suğra Səbziyeva 60 il əvvəl toyunda geydiyi gəlinlik paltarını bu gün yenidən geyinərək səs verməyə gəlib.O, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 27 saylı məntəqəsində səs verib.“Mən bu paltarı sonuncu dəfə 60 il bundan öncə gəlin köçdüyüm zaman geyinmişdim və həmin vaxtdan bunları sandığımda əmanət kimi saxlamışdım. Çox şadam ki, gəlinlik paltarını məhz belə xoş gündə yenidən geyinmək mənə qismət oldu”.Ağbirçək xalqımızı xoş günlərə apara biləcək adama səs verdiyini də deyib:“O adama səs verdim ki, bizi, balalarımızı işıqlı gələcəyə apara bilər”.