Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi

Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
SOSİAL
17:17 01.10.2026
110
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Lənkəran şəhərində fəaliyyət göstərən ahıllar üçün günərzi qayğı mərkəzinin benefisiarları üçün bayram tədbiri keçirilib.

1 oktyabr - Beynəlxalq Ahıllar Günü çərçivəsində təşkil edilən tədbirdə ümumilikdə 45 ahıl şəxs iştirak edib. 

Tədbir Agentliyin Lənkəran-Astara regional filialı və "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə qeyd olunub ki, bu cür sosial layihələrin və tədbirlərin həyata keçirilməsi dövlətin ahıl şəxslərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Mərkəzin xidmətlərindən yararlanan ahıllar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Bayram tədbiri Lənkəran Mədəniyyət Mərkəzinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında bədii-musiqili proqramla davam edib. 

Qeyd edək ki, respublikanın 6 şəhər və rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Onların sosial fəallığının artırılması, ünsiyyət imkanlarının genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı iş aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
18:11 01.10.2026
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
“Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirildi - FOTOLAR
17:58 01.10.2026
“Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirildi - FOTOLAR
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər azaldı
17:47 01.10.2026
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər azaldı
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı - FOTOLAR
17:41 01.10.2026
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
17:32 01.10.2026
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:29 01.10.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
17:17 01.10.2026
Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
“Dezinformativ məlumatlar həmişə daha cazibədar görünür”
17:15 01.10.2026
“Dezinformativ məlumatlar həmişə daha cazibədar görünür”
Dünya ölkələrində ombudsmanlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR
17:13 01.10.2026
Dünya ölkələrində ombudsmanlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR
Oktyabr ayında bürcləri nə gözləyir? - PROQNOZ
17:04 01.10.2026
Oktyabr ayında bürcləri nə gözləyir? - PROQNOZ
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR
16:38 01.10.2026
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR
Güclü yağışlar başlayır: temperatur 10 dərəcə enəcək
16:35 01.10.2026
Güclü yağışlar başlayır: temperatur 10 dərəcə enəcək
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
16:31 01.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Süni intellektdən istifadəyə qarşı deyilik, sui-istifadəyə qarşıyıq”
16:13 01.10.2026
“Süni intellektdən istifadəyə qarşı deyilik, sui-istifadəyə qarşıyıq”
3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”
16:04 01.10.2026
3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”
Kirayə evdə qalanlar bu pulu da ödəməlidir - MƏBLƏĞ
15:53 01.10.2026
Kirayə evdə qalanlar bu pulu da ödəməlidir - MƏBLƏĞ