Lənkəranda avtomobil təmiri sexində partlayış olub

Lənkəranda avtomobil təmiri sexində partlayış olub
SOSİAL
18:26 19.04.2026
870
Lənkəranda avtomobil təmiri sexində partlayış olub.

AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR