Lənkəranda da çörəyin qiyməti ucuzlaşdı

Lənkəranda da çörəyin qiyməti ucuzlaşdı
Bütün Xəbərlər
16:53 21.01.2012
1833
Bir neçə gündür ki, Lənkəranın ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.APA-nın cənub bürosunun məlumatına görə, əvvəllər 30 qəpiyə satılan 500 qramlıq çörəyin qiyməti indi 25 qəpik olub. Dükan sahibləri çörəyin ucuzlaşmasını dəyirman tərəfindən unun pərakəndə satış qiymətində endirimlərin edilməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, əvvəllər 50 kq-lıq əla növ unun bir kisəsi 18-19 manata satıldığı halda, hazırda 16-17 manata satılır. Bu isə çörəyin qiymətini aşağı salmağa rəvac verib. Qeyd edək ki, Lənkəranda ucuzlaşma hələlik yalnız zavodda bişirilən çörəyə şamil olunub. Fiziki şəxslər tərəfindən təndirdə bişirilən çörəyin qiyməti isə əvvəlki kimi 40 qəpikdir.
OXŞAR XƏBƏRLƏR