Əmək və Əhalini Sosial Müdafiə Nazirliyinin Protez Ortepedik Bərpa Mərkəzinin səyyar həkim briqadası əllilərə yerində ortepedik xidmət göstərmək məqsədilə cənub bölgəsinə iki günlük səfər edib.
AZXEBER.COM-un məlumatına görə, həkim briqadası işinə bu gün səhər saatlarından Lənkəran şəhər əlillərin regional bərpa mərkəzində başlayıb.
Lənkəranla yanaşı Astara, Lerik rayonlarından olan əllilər qəbul edilərək onlara lazımı ortepedik xidmət göstərilib. Xidmətin yerində göstərilməsi həm maddi, həm mənəvi cəhətdən sərfəli olduğuna, ən əsası, paytaxta getmək məcburiyyətindən qurtardığına görə əlillər xidmətin təşkilatçılarına minnətdar olduqlarını deyirlər.
Qeyd edək ki, ümumilkdə iki gün ərzində 176 əlilə tibbi xidmət göstərilməsi planlaşdırılıb.












































