Lənkəranda iki maşın toqquşdu, yaralı var

Lənkəranda iki maşın toqquşdu, yaralı var
Bütün Xəbərlər
17:10 21.05.2013
1004
Ötən gecə saat 22:30 radələrində Ələt–Astara magistralının 206 km-də, yolun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Astara istiqamətində hərəkətdə olan Astara rayon sakini 29 yaşlı Ruhid Sərdar oğlu Həbibovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın Ələt istiqamətində hərəkətdə olan Lənkəran rayon Gərmətük qəsəbə sakini 32 yaşlı Əli Nazir oğlu Axundovun idarə etdiyi “QAZ3110” markalı avtomobil toqquşub.Hadisə nəticəsində “VAZ-2107”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, digər avtomobilin sürücüsü qəzadan xəsarətsiz ötüşüb.İlkin araşdırmalar zamanı qəzanın baş verməsinə “QAZ-3110” markalı avtomaşının düzgün sürət seçmədiyi və baş yola çıxarkən sağ tərəfini gözləməməsinin səbəb olduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR