Lənkəranda kütləvi ehsan tamamilə yığışdırıldı

Lənkəranda kütləvi ehsan tamamilə yığışdırıldı
Bütün Xəbərlər
18:56 11.09.2014
1457
“İmkansızlar bəzən xəcalət çəkirdi”.
Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev açıqlamasında ehsan mərasimlərində israfçılığın aradan qaldırılması məqsədilə görülən tədbirlərdən danışıb.
AZXEBER.COM Mediaforum-a istinadən xəbər verir ki, Əlimərdan Əliyev deyib ki, Lənkəranda – istər şəhərdə, istərsə də kəndlərdə hüzr mərasimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə uyğun keçirilir.
Əlimərdan Əliyevin sözlərinə görə, hüzr mərasimlərində ehsanın israfçılıqdan uzaq olması barədə verilən tövsiyə və təkliflər istiqamətində Lənkəranda bir ilə yaxındır əhali arasında təbliğat işləri aparılır:
“Son vaxtlar bu iş daha mütəşəkkil şəkildə görülür və real addımlar atılır. Yas mərasimləri xalqın mentalitetində dərin kök salmış ənənələrdən biridir. Amma təəssüf ki, ayrı-ayrı imkanlı şəxslər tədricən xalqın sadə, səmimi, qəm-qüssə yeri olan hüzr mərasimlərini təmtəraq mərasimlərinə çevirmişdi. Mərasimlərə böyük xidmət personalı dəvət olunur, çadırlar gətizdirilir, bahalı xidmət növləri tətbiq edilir, zəngin menyu verilirdi. Sözsüz ki, bu, hamı üçün əlçatan deyildi. İmkansızlar bəzən xəcalət çəkirdi. Amma hüzr məclislərinin belə təmtəraqlı keçirilməsini istəməyən, məqbul saymayanlar həmişə olub.
Bu gün ölkədə hüzr məclisləri ilə bağlı gedən söz-söhbət Lənkəranda Şəhər İcra Hakimiyyətinin, mədəniyyət ocaqlarının, ziyalı zümrəsini əhatə edən qurumların, bütövlükdə ictimaiyyətin diqqət mərkəzindədir, müzakirə obyektidir. Bu tədbirləri inzibati amirlik metodları, hansısa qərar, sərəncam, göstərişlə həyata keçirmək mümkün deyil. İnsanlar arasında kütləvi maarifləndirmə, təbliğat işlərinin aparılmasına ehtiyac var. Lənkəran Şəhər İcra Hakimiyyəti də işini bu cür qurur. Biz parlaq zəkalı ziyalılarımızdan, televiziyamızın gücündən, qəzetdən istifadə edirik, eyni zamanda həmin el məclislərində dəyərli ziyalıların köməyi ilə məsələləri əhaliyə çatdırırıq və çox gözəl qarşılanır.
Əhali icra hakimiyyətinin bu sahədəki təşəbbüsünü bəyənir, dəstəkləyir, tövsiyələri başa düşür. İnsanlar anlayır ki, hüzr sahibi doğmasını itirib, bununla bərabər ona maddi ziyan da dəysə, onda hüzr sahibi illərlə özünə gələ bilməz. Hər kəs təklifləri təbii, şüurlu şəkildə qəbul edir, hüzr məclislərində sadə çay süfrəsi açılır, kütləvi ehsan isə tamamilə yığışdırılıb. Sözsüz, uzaq yol gələnlərə bəzən yemək təklif edilir. Artıq cənub bölgəsində bütün kəndlərdə və şəhərdə hüzr məclisləri uzağı üç gün keçirilir. Ölü yiyəsi, camaat daha işdən-gücdən olmur, qonaq-qara qəbul edib yola salmaqdan yorulmur”.
Əlimərdan Əliyev hesab edir ki, toy və yas mərasimlərində baş alıb gedən təmtəraq vaxtilə mövcud dəyərlərin deformasiyaya uğramasının nəticəsidir:
“Otuz-qırx il əvvəl insan vəfat edəndə hər bir qonşu evindən yeməyini gətirib rəhmətə gedənin ailəsində ehsan təşkil edirdi ki, ölü sahibinə mənəvi ziyan dəyib, maddi sıxıntı da üstünə gəlməsin. Amma illərlə bu ənənələr deformasiyaya uğradı, yeni adətlər formalaşdı. Müəyyən imkanlı insanlar istədilər ki, ölülərinin məclisini daha dəbdəbəli keçirsin, bahalı qəbir daşları qoysunlar, bahalı mollalar gətirsinlər.
Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin israfçılıq əleyhinə olan fətvasını yaxşı qiymətləndiririk, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini dəstəkləyirik. Eyni zamanda Gəncə, Sumqayıt şəhər icra hakimiyyətlərinin maarifləndirmə-təbliğat işləri sahəsində göstərdikləri təşəbbüsləri də bəyənirik. Böyük məsrəflər sərf edib ölüyə məclis qurmağın nə faydası var? Mərhumun balaları özündən sonra niyə kiməsə borclu qalsın? Ölənin məclisini qəmgin keçirmək ailə üzvlərinin borcudur, matəmə şərik olan insanlar da ev sahibinin var-dövlətini yemək əvəzinə ona təskinlik verməlidir.
Adət-ənənələrimizi xilas etmək, insanlara düzgün işlərdə yardımçı olmaq, hətta hüquqi baxımdan onlarla izahat işi aparmaq sahəsində görülən işləri biz də dəstəkləyirik və tətbiq edirik. Məqsədimiz milli ənənələrimizi yad təsirlərdən qorumaq, bayağı təzahürlərdən xilas etmək, insanlarımızın həyat şəraitini daha da yaxşılaşdırmaq, mənəvi itkiyə məruz qalmış şəxslər üçün daha rahat yaşam tərzi formalaşdırmaqdır.
Yerlərdə ərazi icra orqanları, bələdiyyələr, məktəb direktorları, ziyalılarımız, ağsaqqallarımız, ağbirçəklərimiz də bu işlərə cəlb edilib. Hər bir hüzr mərasimində tövsiyələr verilir. Hətta çayxanalarda aparılan təbliğatın böyük effekti var, çünki onu kütlə eşidir, belə yerlərdə verilən tövsiyələr də faydalıdır. Mənəvi itkiyə məruz qalmış insan indi özünü daha rahat hiss edir, başsağlığı vermək üçün onun yanına kütləvi şəkildə axışan insanların qarşısında xəcalətli qalmır, əzab çəkmir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sədərək”də yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:59 24.08.2025
“Sədərək”də yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir