Lənkəranda maşın oğruları zərərsizləşdirildi - VİDEO

Lənkəranda maşın oğruları zərərsizləşdirildi - VİDEO
Bütün Xəbərlər
17:13 08.04.2013
1468
Lənkəran polisi son aylarda rayonda maşınlara qənim kəsilən mütəşəkkil dəstəni zərərsizləşdirə bilib. 23 yaşlı şəhər sakini Şükürov Səbuhi Şakir oğlunun rəhbərlik etdiyi 5 nəfərlik mütəşşəkkil dəstə əsasən, mühafizə sistemi zəif olan sovet maşınlarını qənimət sayıb.Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının 5 aprel tarixdə keçirdiyi əməliyyat zamanı müəyyən edilib ki, Şükürov Səbuhi Şakir oğlu, Axundov Toğrul Nəriman oğlu,Nurullazadə Məhəmməd Razi oğlu,Tağıyev Elçin Xuduş oğlu, Qasımzadə Umud Məcid oğlu ilə birlikdə Lənkəran rayonunun Sutəmurdov kəndindəki çay fabrikinin yanında Elzamin İbrahimova məxsus “Vaz 2106” markalı avtomobili talamaq məqsədi ilə qaçırdaraq, Toğrul Axundovun yaşadığı evə gətiriblər. İşi araşdıran müstəntiq Əlağa Hüseynov son aylarda maşın oğurluğu ilə bağlı şöbədə 7 fakt üzrə cinayət işinin başlandığını deyib. Müstəntiq baş vermiş oğurluqlarda dəstə üzvlərinin iştirakını istisna etməyib.Qeyd edək ki, oğurlanan maşınları elə maşın ustası Toğrul Axundov özü sökərək müştərilərinə satıb. Avtomaşınların ehtiyat hissələri sökülmüş vəziyyətdə onun yaşadığı evin həyətində tapılaraq, maddi subut kimi götürülüb. İlkin istintaq Toğrulun narkotika aludəçisi olduğunu da ortaya çıxarıb.Artıq faktla bağlı Lənkəran rayon polis şöbəsində cinayət işi başlanılıb, təqsirləndirilənlər barəsində həbs qəti-imkan tədbiri seçilib. Dəstə üzvlərinin daha hansı oğurluqlarda iştiraklarının olması araşdırılır.
OXŞAR XƏBƏRLƏR