DİN məlumat yayıb.
Lənkəranda qadından saxta pul tapılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 13-də “Kapital” Bankın Lənkəran rayon filialına gəlmiş Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.