Lənkəranda vəziyyət belədir - VİDEO

Lənkəranda vəziyyət belədir - VİDEO
Bütün Xəbərlər
13:13 18.10.2015
1851
Iki gün aramsız yağan yağışlar Lənkəranda ciddi fəsadlar törədib.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb.
Yağış suları altında qalan yaşayış məntəqələrindən biri də Lənkəranın Siyavar kəndidir.
Kəndin küçələrinə və evlərin həyətyanı sahələrinə dizə qədər su yığılıb. Belə durum kənd sakinlərinə ciddi ziyan vurub, insanların və avtomobillərin hərəkətinə problemlər yaradıb.
OXŞAR XƏBƏRLƏR