Lənkəranlılar artıq seçimini onun xeyrinə edir - FOTOLAR

Lənkəranlılar artıq seçimini onun xeyrinə edir - FOTOLAR
Bütün Xəbərlər
15:10 24.10.2015
1729

73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Hüseyn Cavadzadə təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Şiləvar və Göyşaban kənd sakinləri ilə görüşlər keçirib.

Görüş lənkəranlılar tərəfindən böyük izdiham və sevinclə qarşılanıb. Sakinlər qarşısında çıxış edən Hüseyn Cavadzadə qeyd edibki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlar xüsusilə yaxın günlərdə Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılması özlüyündə hər bir Lənkəran sakininə diqqətin nəticəsidir.

Hüseyn Cavadzadə öz növbəsində Göyşaban və Şiləvar kənd sakinlərinin problemləri ilə yaxından tanış olaraq qeyd etmişdir : “ Mən bu gün çox qürürla deyə bilərəm ki , bu gün bizimlə görüşə hər bir sakin öz istəyi ilə bizim əziz lənkəranlılar üçün qarşıya qoyduğumuz hədəflərimizə saf sevgi , inamla yanaşıb gəliblər. Biz bu gün burdayıq və sabahda burda olacağıq ! “ Seçicilər öz növbəsində gənc namizəd Hüseyn Cavadzadəni dəstəklədiklərini və namizədin fərdi olaraq öz seçiciləri ilə fərdi qaydada görüşərək ,onların problemləri ilə maraqlanmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki lənkəranlıların favorit namizədi olan gənc həmdə bütün online və ictimai sorğularda rəqiblərindən bir neçə dəfə səs fərqi ilə birincidir.

OXŞAR XƏBƏRLƏR