Lənkəranskinin qətliylə bağlı şok faktlar açılır – 2 həbs

SOSİAL
11:58 25.08.2016
12233
Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətlində maraqlı detallar ortaya çıxıb.
Cinayəti araşdırmaq üçün başladılan istintaq zamanı 1 nəfər saxlanılıb. Saxlanılan şəxsin qətl zamanı Caniyevin maşınını idarə edən biznesmen Tahir.C olduğu məlum olub. Caniyevin oteldə biznesmen Tahir ilə görüşdüyü və birlikdə toplantı təşkil etdiyini müəyyən edən polis görüntüləri araşdırmağa başlayıb.
Toplantıda iştirak edən və Lənkəranskinin adamları olduğu bildirilən Hacıbaba T., A.N və Z.İ şahid qismində polis bölməsinə çağırılıblar. Lakin bölmədə vəziyyət bir anda dəyişib. Belə ki 3 şahiddən Hacıbabanın 2013-cü il avqustun 18-də Bahçeşehirdə azərbaycanlı biznesmen Əli Həmidovun öldürülməsində iştirak etdiyi məlum olub. Nəticədə Həmidov saxlanılıb. Onun Rusiyada 5 müxtəlif cinayətdə iştirak etdiyi bildirilir. Buna görə də, şübhəli ilə bağlı Rusiyada aidiyyatı şəxslərlə əlaqə qurulub. Lənkəranskinin özünün də Həmidov cinayətində adı hallandığı qeyd olunur.
Lənkəranskinin qətli ilə bağlı başladılan istintaq da davam edir. Caniyevə təşkil edilən sui-qəsddə Rusiya mafiyasının əli olduğu ən böyük ehtimal olaraq qalır. İddialara görə, şübhəlilər arasında Laşi Ş., Yuriy P., Vasiliy H. Və Nadir S adlı mafiya üzvləri yer alır. Həmin şəxslərin xaricə qaçmaq ehtimalı nəzərdən keçirilir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR