Levon Ter-Petrosyan: «Qarabağ probleminin həlli imkanı var idi...»

Bütün Xəbərlər
18:35 18.04.2011
1460

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan BBC-yə müsahibəsində bildirib. «Həmin vaxt bəzi torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağa aralıq statusun üməyyənləşdirilməsi, sonradan isə yekun statusun dəqiqləşdirilməsilə problemin həllinə yaxınlaşılmışdı», - deyə o, qeyd edib.
Bu planın baş tutmamasının səbəbini də açıqlayan eks-prezident deyib: «Həll ona görə baş tutmadı ki, «qarabağlılar» bunu kifayət saymadı. Onlar maksimal istəkdə idilər və daha çoxuna nail olmağın mümkünlüyünü düşünürdülər. Həm də yalnız «qarabağlılar» belə düşünmürdü. Mənim ətrafımdakı bəzi insanlar, mənim adamlarım da eyni fikirdə idilər. Odur ki, bu planın reallaşdırılmasına razılaşmadılar. O zaman onlara bildirdim ki, münaqişənin daha yaxşı həll variantının olduğunu düşünürsünüzsə, buyurun. Yoxlayın, görün nə alınır».

Hazırki hakimiyyəti Ermənistanın ən böyük problemi adlandıran L.Ter-Petrosyan bildirib ki, ermənilər bu problemi aradan qaldırarsa, qalan məsələlər də həllini tapacaq: «Azərbaycanla da problem düzələcək, Türkiyə ilə də. Amma Ermənistan fəlakətlə üz-üzə qalacaqsa, bu, birmənalı şəkildə bizim problemimiz olacaq».

 

OXŞAR XƏBƏRLƏR