Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.
O, idarə etdiyi "Lexus" markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.











































