Leyla Əliyeva: “Bizi Azərbaycana olan məhəbbət birləşdirir”

Bütün Xəbərlər
18:09 27.11.2010
2056

“Bu gün siz mühüm bir hadisənin – Dünya Azərbaycanlı Gəncləri I Konqresinin iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər”. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Səadət Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə ünvanladığı müracitində bildirilib.

“Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi Vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir. Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan əlavə, Konqres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir”, - müraciətdə bildirilir.

 

OXŞAR XƏBƏRLƏR