Leyla Əliyeva Moskvada "Qırmızı lent" adlı aksiyada iştirak edəcək

Leyla Əliyeva Moskvada "Qırmızı lent" adlı aksiyada iştirak edəcək
GƏNCLİK
14:22 11.05.2011
2220

 

Sabah Rusiyanın paytaxtı Moskvada “İzvestiya” qəzetinin media mərkəzində QİÇS-dən (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ölənlərin xatirəsinə və “Qırmızı lent”- 2001 beynəlxalq sosial-informasiya kampaniyasının (Red Ribbon AİDS Russia & CIS) başlanmasına həsr olunmuş xüsusi mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında mayın 15-nə nəzərdə tutulan QİÇS-dən ölənlərin xatirəsinə həsr olunmuş kütləvi askiyanın vaxtı və yeri elan olunacaq.

Mətbuat konfransında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, o cümlədən "
RUSSIAN ENTERTAINMENT AWARDS-ın prezidenti İskəndər Kadırov, teleaparıcı, aktrisa- Tatyana Lazareva, “VİA Qra” pop-qrupunun solisti Albina Canabayeva, UNAİDS-in ( BMT-nin QİÇS-lə bağlı Avropa və Mərkəzi Asiya üçün birləşmiş proqramı) informasiya siyasəti və icitmaiyyətlə əlaqələr üzrə məsləhətçisi Anna Çernyaxovskaya iştirak edəcək. 

Bununla yanaşı, tədbirdə “Qırmızı lent” kampaniyasının yeni səfirlərinin adları açıqlanacaq. Kampaniya çərçivəsində bu il Rusiya və MDB məkanında hansı tədbirlərin keçiriləcəyi açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR