Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşdü - FOTOLAR

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşdü - FOTOLAR
SOSİAL
12:13 25.05.2026
240
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan "Rooted Hands” layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Masallı rayonunun Musaküçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar. Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və "Rooted Hands” layihəsinə həsr olunmuş qısa film nümayiş olunub.

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.

"Rooted Hands” layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanılıb. Layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib. 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır