Leyla Əliyeva Moskvada oxuyan tələbələri sevindirdi

Leyla Əliyeva Moskvada oxuyan tələbələri sevindirdi
Bütün Xəbərlər
00:59 22.11.2011
2048

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışmasının seçmə oyunu keçirilib.

“AMOR Liqası”nın əlaqələndiricisi Natiq Əliyevin AzərTAc-a verdiyi məlumata görə, yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin aparıcısı “Nə? Harada? Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının “Büllur bayquş” mükafatına layiq görülmüş Rövşən Əsgərov olub.
OXŞAR XƏBƏRLƏR